BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi qazisinin öldüyü qəzaya görə sürücü məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Samir Paşayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 7 il müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, hadisə 5 fevral 2025-ci il tarixdə Zirə-Qala-Xaşaxuna şosesinin Xaşaxuna bağlar massivində yerləşən hərbi şəhərciyin yaxınlığında qeydə alınıb.

 

Belə ki, Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

 

Qəzada vəfat edənlərdən biri - 39 yaşlı Rövşən Emin oğlu Hüseynov Vətən müharibəsi qazisi idi. 2020-ci ilin oktyabrın 13-ü döyüşdə ağır yaralanan Rövşən 3-cü qrup əlilliklə ordudan tərxis edilib.

 

Kamal Məmmədov

Tarix: 12 Fevral 2026, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin