Türkiyədə “Halal sürücü kursları” adı altında paylaşılan video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, hicablı sürücü yol hərəkət qaydalarını dini qaydada və terminlərlə izah edib. Təlimçi “içərisində olduğun yol səccadəndir, səccadənin bəzəklərinə baxmaq məkruhdur, önünə yəni qibləyə baxacaqsan. Qabağında duran maşın önündə namaz qılan insandır” kimi ifadələrdən istifadə edib. Bu isə insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, burada açıq şəkildə görünür ki, bu qadınlar islam dini ilə istehza edirlər:

“İslamda dini terminlər məsuliyyət tələb edən anlayışlardır. Fərz anlayışı “Qurani-Kərim” və səhih sünnə ilə sabit olan hökmlərə aiddir. Məsələn, namaz haqqında Quranda buyrulur ki, namaz möminlərə müəyyən vaxtlarda fərz edilib. Bu termin sıradan bir təşbeh üçün işlədilə bilməz. Fərz Allahın hökmüdür. Onu məişət davranışı ilə eyniləşdirmək dini terminologiyanın mahiyyətini dəyişdirmək deməkdir. Namaz ibadəti İslamın dirəyidir. Peyğəmbərimiz buyurub ki, namaz dinin sütunudur. Namazın qaydaları ibadətin özünə aiddir. Namazda sağa-sola baxmağın hökmü ibadətin daxili intizamı ilə bağlıdır. Bunu avtomobil idarəetmə qaydası ilə eyniləşdirmək nə fiqhi, nə də məntiqi baxımdan əsaslı deyil”.
Ə.Həsənov qeyd edib ki, məqsəd simvolik bir ifadədirsə, bu zaman da diqqətli olmaq lazımdır: “Quranda açıq şəkildə xəbərdarlıq edilir ki, Allahın ayələrini məsxərəyə qoymayın. Müqəddəs anlayışların istehzalı və ya qeyri-ciddi formada təqdim olunması cəmiyyətin dini həssaslığına toxuna bilər. Bu, açıq şəkildə küfr hökmü doğurmasa da, hörmətsiz yanaşma kimi qiymətləndirilə bilər. Dində zarafat anlayışı var, lakin Peyğəmbərimizin zarafatı belə həqiqət çərçivəsində olub. Heç vaxt ibadət forması və ya dini terminlər lağ obyektinə çevrilməyib. Ona görə dini sözləri işlədərkən məsuliyyət hissi qorunmalıdır. Qadınların maşın sürməsi məsələsinə gəldikdə isə İslamın əsas mənbələrində buna dair qadağa yoxdur. Klassik fiqh kitablarında qadının nəqliyyat vasitəsi idarə etməsini haram sayan hökm yoxdur. Tarixi mənbələrdə qadınların at minməsi, səfərə çıxması və ictimai fəaliyyət göstərməsi məlumdur. Şəriətin qoyduğu əsas prinsip təhlükəsizlik, iffət və məsuliyyət çərçivəsidir. Bu çərçivədə avtomobil idarə etmək qadağan olunmuş əməl deyil. Bu məsələdə əsas problem qadının maşın sürməsi deyil. Problem dini anlayışların məzmunundan uzaqlaşdırılaraq təqdim olunmasıdır. Din insanın iman və ibadət həyatını nizamlayan ilahi sistemdir. Onu məişət ironiyasına çevirmək düzgün deyil. Qadınların maşın sürməsi dini baxımdan qadağan deyil. Lakin dini terminlərin məsuliyyətsiz və istehzalı formada istifadəsi doğru yanaşma deyil. Dini anlayışlar hörmət və elmi dəqiqlik tələb edir”.
Şəhanə Quliyeva
13 Mart 17:28
13 Mart 17:16
13 Mart 17:10
13 Mart 17:07
13 Mart 17:03
13 Mart 16:56
13 Mart 16:29
13 Mart 16:25
13 Mart 16:14
13 Mart 16:08
13 Mart 15:50
13 Mart 15:46
13 Mart 15:42
13 Mart 15:25
13 Mart 15:16
13 Mart 15:04
13 Mart 14:54
13 Mart 14:43
13 Mart 14:40
13 Mart 14:31
13 Mart 14:30
13 Mart 14:20
13 Mart 14:10
13 Mart 13:57
13 Mart 13:42
13 Mart 13:13
13 Mart 12:53
13 Mart 12:25
13 Mart 12:21
13 Mart 12:19
13 Mart 12:15
13 Mart 12:14
13 Mart 12:10
13 Mart 12:00
13 Mart 11:58
13 Mart 11:51
13 Mart 11:49
13 Mart 11:48
13 Mart 11:25
13 Mart 11:19
13 Mart 11:16
13 Mart 11:13
13 Mart 11:12
13 Mart 11:10
13 Mart 11:08
13 Mart 11:06
13 Mart 11:04
13 Mart 10:58
13 Mart 10:49
13 Mart 10:29
13 Mart 10:21
13 Mart 09:51
13 Mart 09:38
13 Mart 09:37
13 Mart 09:32
13 Mart 09:25
13 Mart 09:21
13 Mart 08:56
13 Mart 08:49
13 Mart 08:47
13 Mart 08:44
13 Mart 08:43
13 Mart 08:40
13 Mart 08:39
13 Mart 08:34
13 Mart 08:15
13 Mart 08:00
13 Mart 00:28
12 Mart 23:12
12 Mart 23:04
12 Mart 23:02
12 Mart 22:42
12 Mart 22:34
12 Mart 22:26
12 Mart 22:24
12 Mart 21:59
12 Mart 20:10
12 Mart 20:09
12 Mart 19:53
12 Mart 19:49
12 Mart 19:00
12 Mart 18:50
12 Mart 17:58
12 Mart 17:47
12 Mart 17:47
12 Mart 17:45
12 Mart 17:36
12 Mart 17:19
12 Mart 17:14
12 Mart 17:11
12 Mart 17:11
12 Mart 17:08
12 Mart 17:06
12 Mart 17:02
12 Mart 16:56
12 Mart 16:50
12 Mart 16:39
12 Mart 16:26
12 Mart 16:22
12 Mart 16:16
12 Mart 15:59
12 Mart 15:55
12 Mart 15:26
12 Mart 15:11
12 Mart 14:58
12 Mart 14:58
12 Mart 14:56
12 Mart 14:47
12 Mart 13:48
12 Mart 13:47
12 Mart 13:25
12 Mart 13:22
12 Mart 13:17
12 Mart 13:15
12 Mart 13:13
12 Mart 13:09
12 Mart 13:08
12 Mart 13:06
12 Mart 13:03
12 Mart 12:53
12 Mart 12:43
12 Mart 12:39
12 Mart 12:35
12 Mart 12:29
12 Mart 12:22
12 Mart 12:20
12 Mart 12:18
12 Mart 11:49
12 Mart 11:40
12 Mart 11:18
12 Mart 11:17
12 Mart 11:06
12 Mart 10:59
12 Mart 10:58
12 Mart 10:57
12 Mart 10:55
12 Mart 10:54
12 Mart 10:19
12 Mart 09:44
12 Mart 09:22
12 Mart 09:17
12 Mart 09:15
12 Mart 09:13
12 Mart 09:11
12 Mart 09:09
12 Mart 09:07
12 Mart 09:03
12 Mart 09:02
12 Mart 08:28
12 Mart 07:42
Ən son xəbərləri səhifəmizdən də izləyin