BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin qarğıdalı toxumlarını sataraq mənimsəyən şəxslər amnistiya düşdü

Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən İmamverdi Əsədov və Qalib Həbibovun (ad və soyadları şərtidir)  Arzu Məmmədovanın apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməyib, Füzuli Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslər barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin amnistiya qərarının 2.6-cı bəndi tətbiq olunub. Onların hər biri 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasından azad edilib.

 

İttihama görə, İmamverdi Əsədov və Qalib Həbibov MMC-lərdən birində gözətçi vəzifəsində işləyib. Həmin şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında və öz qulluq mövqelərindən istifadə etməklə 2025-ci ilin mart ayı ərzində vahid cinayət niyyəti əsasında hərəkət ediblər.

 

Belə ki, hər iki şəxs müəssisənin Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi ərazisində yerləşən 3 saylı anbardan müxtəlif çeşidli qarğıdalı toxumlarını çıxararaq mənimsəyiblər.

 

Təqsirləndirilən şəxslər tərəfindən mənimsənilən məhsulların ümumi dəyəri 26 294,60 manat təşkil edib. Onlar götürdükləri ümumilikdə 98 kisə toxumu cinayətdən məlumatsız olan Beyləqan şəhər sakininə satıb, əldə etdikləri pul vəsaitini şəxsi məqsədləri üçün istifadə ediblər.

 

Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Füzuli Rayon Məhkəməsinin hökmü ilə onların hər birinə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilmişdi.

 

Kamal Məmmədov

 

Tarix: 13 Fevral 2026, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin