BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Xəbər verdiyimiz kimi, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. Manset.az vəzifəsindən azad edilən fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə ilə əlaqə saxlayıb.

 

O, işdən çıxarılması ilə bağlı məlumatı təkzib etməyib və geniş danışmaq istəmədiyini bildirib.

 

"Mən bu barədə nə deyə bilərəm ki? Çox sağ olun. Mən xidmət etmişəm. Təşəkkür edirəm".

 

General jurnalistin "Qəfil vəzifənizdən niyə azad olundunuz?" sualını isə cavabsız qoyub.

Tarix: 14 Fevral 2026, 20:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin