BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzində binada yanğın söndürülüb, sakinlər təxliyə edilib, xəsarət alan var - YENİLƏNDİ - 3

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

 

Pravda.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

 

***

 

14:27

 

Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
 

Pravda.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.


Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

 

13:02

 

Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

 

Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

Tarix: 17 Fevral 2026, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin