BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur İbrahimov vəzifəsindən azad edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur Kamal oğlu İbrahimov vəzifəsindən azad olunub. Pravda.az Qaynarinfo.Az-a istinadla xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

 

Bildirilib ki, Z.İbrahimov öz ərizəsi ilə vəzifədən azad edilib.

 

Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Tarix: 19 Fevral 2026, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin