BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, biri ölüb - YENİLƏNDİ

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, E.Tağıyevin həyati təhlükəsi yoxdur.

 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

***

 

09:36

 

Salyanda yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, biri ölüb.

 

Səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürə Salyan YMX-nın əməkdaşlarını avtomobil vurub. Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 21 Fevral 2026, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin