BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürdü

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

 

Hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

 

1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

 

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 21 Fevral 2026, 22:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin