Bakıda fəaliyyət göstərən "EMV Dent" klinikasında diş həkimi işləmiş 1972-ci il təvəllüdlü Şərur rayon sakini Elşən Musa oğlu Zaxarov pasiyentinə özünü klinikanın sahibi kimi təqdim edib, onun külli miqdarda pulunu ələ keçirib. Pravda.az "Teleqraf"a istinadla xəbər verir ki, o, dişlərini müalicə etdiyi Tahir Əhmədağa oğlu Hüseynovla müalicə dövründə yaxın münasibətlər yaradıb. Hüseynovun etibarını qazanıb, implant, rentgen və "Skaner Catcam" aparatları alınmasına şərikli vəsait qoyduqları halda yaxşı qazanc əldə edəcəkləri barədə ona yalan məlumat verib.
Zərərçəkmiş şəxsi inandırdıqdan sonra 29 noyabr 2023-cü ildə işlədiyi "EMV Dent" klinikasındakı xidməti otağında bu adla Tahir Hüseynovdan ümumilikdə 151 min manat alıb və mənimsəyib.
İstintaq orqanı tərəfindən Elşən Zaxarovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə E.Zaxarov ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, digərləri də onu aldatdığı üçün başına bu hadisələr gəlib:
"Onlar mənə Rusiyaya sanksiyalar tətbiq edildiyindən implantların həmin ölkədə daha tez satıla biləcəyini dedilər. Buna görə bütün malları həmin ölkəyə yolladım və bir müddət sonra maraqlananda onların yoxa çıxdığını gördüm. Həmin şəxsləri tapdım, onların yanına getdikdə mübahisələrimiz yarandı, dava zamanı diz qapağımı vuraraq sındırdılar. İmplantları Rusiya ərazisinə göndərməyimdən zərərçəkmişin məlumatı olmayıb".
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.
Həmin ifadədə müttəhim Tahirdən 151 min manat pul aldığını təsdiqləyib:
"Pulların hamısını Nərimanov rayonunda "Metropark"la üz-üzə yerləşən "EMV dent" klinikasında iş otağımda götürmüşəm. Məqsədim implant alıb-satıb, qazanc əldə edərək Tahirlə yarı bölmək olub".
Zərərçəkmiş də məhkəmədə qeyd edib ki, onlar Elşənlə hər implanta görə qazancı böləcəklərinə razılaşıblarmış...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Zaxarov 6 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilib. 151 min manat maddi ziyanın və 444 manat dövlət rüsumunun mülki cavabdeh şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi qərara alınıb. O, təqsirləndirilən şəxsə qarşı 154 min manat mülki iddia qaldırıbmış.
Zərərçəkmiş və müttəhimin apellyasiya şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, Elşən Zaxarov diş həkimi kimi sosial şəbəkələrdə də aktiv olub. Paylaşımlarda Azərbaycanda ilk ağrısız, kəsiksiz, qansız və ən əsası, şəkər xəstələrinə də icra oluna bilən implant dişlərin düzəldilməsi barədə məlumatlar verib.
Həmçinin sosial şəbəkələrdə onun tərəfindən 3 dəqiqəyə ağrısız, qansız implantasiya icra etməsi haqda da reklam xarakterli materiallar yayılıb.
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin