BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “TikTok”da tələbələrin fotolarını yayan şəxs barədə qərar qəbul etdi

Tələbələrin fotolarını yaymaqda təqsirləndirilən Fəxri Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

 

Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

 

Qərara əsasən, Fəxri Cəbrayılov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 27 Fevral 2026, 19:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin