BURADA REKLAMINIZ OLA
BİLƏR

2026-cı ilin mart sürprizi: 17 gün İŞ OLMAYACAQ

Mart ayında qeyri-iş günlərinin sayı məlum olub.

 

Gələn ay Azərbaycanda üç bayram qeyd olunacaq.

 

Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günü, martın 20-21-də isə Ramazan və Novruz bayramları qeyd olunacaq.

 

Bu bayramlarla və şənbə-bazar günləri ilə bağlı martda 17 gün iş olmayacaq.

 

Belə ki, martın 7-si şənbə günüdür. Martın 8-i bazar gününə təsadüf etdiyindən, 9 mart da qeyri-iş günü olacaq.

 

2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

 

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günləri olacaq.

 

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart (ardıcıl 11 gün) qeyri-iş günləri olacaq.

 

Oxu.az

Tarix: 28 Fevral 2026, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin