"QHT işi" üzrə ittiham olunanlardan biri - sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra dövlət ittihamçısı çıxış edərək Zamin Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi martın 11-nə təyin edilib.
Qeyd edək ki, Zamin Zəkiyə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın xeyli miqdarda leqallaşdırılması) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, o, 50 min manatdan artıq vəsaiti leqallaşdırıb.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatlarının, onların rəhbərlərinin, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində qanun pozuntuları araşdırılır.
"İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi" və "Vətəndaş Hüquqları İnstitutu"nun rəhbəri Bəşir Süleymanlı, eləcə də Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi və hüquq müdafiəçisi Zamin Zəki, eləcə də Əhməd Abbas oğlu Məmmədzadə həbs ediliblər.
Oxu.az
12 Aprel 00:47
12 Aprel 00:42
12 Aprel 00:40
11 Aprel 22:56
11 Aprel 21:46
11 Aprel 21:29
11 Aprel 19:37
11 Aprel 18:49
11 Aprel 17:55
11 Aprel 17:32
11 Aprel 17:26
11 Aprel 17:24
11 Aprel 17:21
11 Aprel 17:20
11 Aprel 17:14
11 Aprel 16:43
11 Aprel 16:19
11 Aprel 15:45
11 Aprel 15:17
11 Aprel 15:11
11 Aprel 14:23
11 Aprel 14:21
11 Aprel 14:19
11 Aprel 14:15
11 Aprel 13:38
11 Aprel 13:30
11 Aprel 13:27
11 Aprel 13:23
11 Aprel 13:21
11 Aprel 12:39
11 Aprel 12:34
11 Aprel 12:32
11 Aprel 12:11
11 Aprel 12:02
11 Aprel 11:01
11 Aprel 10:20
11 Aprel 09:25
11 Aprel 09:13
11 Aprel 09:11
11 Aprel 09:10
11 Aprel 09:06
11 Aprel 08:57
11 Aprel 08:00
11 Aprel 01:11
10 Aprel 22:34
10 Aprel 21:40
10 Aprel 21:23
10 Aprel 21:21
10 Aprel 21:03
10 Aprel 20:56
10 Aprel 20:00
10 Aprel 19:56
10 Aprel 19:53
10 Aprel 19:29
10 Aprel 19:26
10 Aprel 17:45
10 Aprel 17:28
10 Aprel 17:25
10 Aprel 17:24
10 Aprel 17:23
10 Aprel 17:16
10 Aprel 17:13
10 Aprel 17:12
10 Aprel 17:08
10 Aprel 17:06
10 Aprel 17:02
10 Aprel 17:01
10 Aprel 16:56
10 Aprel 16:54
10 Aprel 16:50
10 Aprel 16:50
10 Aprel 16:36
10 Aprel 16:28
10 Aprel 15:46
10 Aprel 15:38
10 Aprel 15:32
10 Aprel 15:29
10 Aprel 15:17
10 Aprel 15:11
10 Aprel 14:52
10 Aprel 14:20
10 Aprel 14:18
10 Aprel 14:11
10 Aprel 14:00
10 Aprel 13:51
10 Aprel 13:46
10 Aprel 13:44
10 Aprel 13:27
10 Aprel 13:24
10 Aprel 13:23
10 Aprel 13:17
10 Aprel 13:16
10 Aprel 13:15
10 Aprel 13:12
10 Aprel 13:10
10 Aprel 13:08
10 Aprel 12:56
10 Aprel 12:53
10 Aprel 12:52
10 Aprel 12:51
10 Aprel 12:49
10 Aprel 12:46
10 Aprel 12:36
10 Aprel 12:34
10 Aprel 12:32
10 Aprel 12:29
10 Aprel 12:24
10 Aprel 12:13
10 Aprel 12:08
10 Aprel 12:06
10 Aprel 12:06
10 Aprel 12:03
10 Aprel 11:33
10 Aprel 11:27
10 Aprel 11:23
10 Aprel 11:21
10 Aprel 11:20
10 Aprel 11:00
10 Aprel 10:58
10 Aprel 10:46
10 Aprel 10:44
10 Aprel 10:22
10 Aprel 10:20
10 Aprel 10:19
10 Aprel 09:35
10 Aprel 09:35
10 Aprel 09:33
10 Aprel 09:31
10 Aprel 09:29
10 Aprel 09:26
10 Aprel 09:24
10 Aprel 09:22
10 Aprel 09:15
10 Aprel 07:41
10 Aprel 07:28
10 Aprel 06:54
10 Aprel 01:54
10 Aprel 01:48
10 Aprel 00:14
10 Aprel 00:09
9 Aprel 23:18
9 Aprel 23:16
9 Aprel 22:59
9 Aprel 22:54
9 Aprel 22:49
9 Aprel 22:44
9 Aprel 22:35
9 Aprel 22:24
9 Aprel 21:55
9 Aprel 20:59
Ən son xəbərləri səhifəmizdən də izləyin