BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Badamov: “Azərbaycan, ABŞ və İsrail üçün hava məkanını bağladığı təqdirdə İranın Naxçıvana zərbə endirməsi ölkəmizi arxadan vurmaqdır”

“Müharibə başladığı ilk anlardan etibarən Azərbaycan öz ərazisindən təhlükəsiz keçidi təmin etməyə başladı. Bu istiqamətdə müxtəlif dövlətlərin ali rəhbərləri səviyyəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ifadə edildi. Azərbaycan Prezidenti dövlət əxlaqı göstərərək İrana başsağlığı verdi. Azərbaycan dövləti həmçinin illər ərzində açıq ifadə etdi ki, öz ərazisindən İrana qarşı hücum üçün istifadəyə icazə verməyəcək. Proseslər eskalasiya olunduğu zaman biz dərhal eyni yanaşmanı ortaya qoyduq. Azərbaycan, ABŞ və İsrail üçün hava məkanını bağladığı təqdirdə İranın Naxçıvana dron zərbəsi endirməsi yolverilməzdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputatın sözlərinə görə, bu, müharibənin, arealının genişləndirilməsi istiqamətində atılan son dərəcə yanlış addımdır: “İran Azərbaycanı da məsələyə qatmaq istəyir, bununla da müharibənin arealını genişləndirməyə, bütövlükdə regiona sirayət etdirməyə çalışır ki bu, son dərəcə yanlış yanaşmadır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, sərhədlər boyu təhlükəsizlik ətrafında düşünülmüş addımlar atmalıyıq. İmpulsiv qərarların verilməsi son dərəcə yanlışdır və təbii ki, İranın Azərbaycan ərazisinə dron zərbəsi endirməsi son dərəcə yanlış bir qərardır. Bu, Azərbaycana arxadan vurulan zərbədir”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Mart 2026, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin