BURADA REKLAMINIZ OLA
BİLƏR

“İranın təxribatçı niyyətləri artıq gerçəyə çevrilməkdədir” - Yeganə Hacıyeva

“İranın əsas media strategiyası Türkiyə-Azərbaycan birliyində fikir ayrılığı yaratmaqdır. Türkiyə və Azərbaycan arasındakı strateji və mədəni əlaqələrə təsir göstərmək məqsədilə media və informasiya vasitələrini aktiv istifadə edir. Bunun üçün istifadə olunan əsas vasitələr: din və mədəni dəyərlər, regional əməkdaşlıq, Qərb və İsrail təsiri və konspirasiya nəzəriyyələridir. İranın media məkanında apardığı fəaliyyətin əsas yükünü sosial şəbəkələrin türk dilli seqmentində qurulan anti-Azərbaycan təbliğatı təşkil edir. Burada saxta hesablar, bot şəbəkələri və koordinasiya olunmuş paylaşım kampaniyaları ilə sistemli əks təbliğat qurulub. Xüsusi missiya isə burda radikal siyasi qrupların və dini təşkilatların istifadəsi ilə İranın apardığı informasiya təbliğatıdır. İranın bu qruplarla apardığı təbliğatda əsas mesajlar güya İran regionun qoruyucusudur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətin üzvü, politoloq Yeganə Hacıyeva deyib.

 

O bildirib ki, Azərbaycanın Qərblə balanslı siyasəti region üçün təhlükə kimi təqdim olunur: “Ramazan ayı olduğu üçün İran dini və mədəni ritorikadan daha geniş istifadə edir. Ölkə özünü regionun dini dəyərlərinin qoruyucusu kimi təqdim edir, Azərbaycanı “ənənəvi islami dəyərlərə təhlükə” kimi göstərir və s. Təsir kampaniyaları faktların manipulyasiyası, statistik təhriflər, short emosional videolar və konspirasiya nəzəriyyələri ilə yayılan “gizli planlar” mesajları istifadə olunur. Bütün bunlar isə sosial şəbəkələrdə sürətlə yayılaraq oxucuda güclü , emosional anti-Azərbaycan təsiri yaradır. Son günlər İranın bütün informasiya məkanında apardığı anti-Azərbaycan təbliğatı ciddi narahatlıq doğurur. Bu təbliğatın strukturuna, istifadə olunan normativlərə və səsləndirilən tezislərə baxdıqda aydın olur ki, Tehran yalnız sözlərlə kifayətlənmir, həm də Azərbaycan ərazisinə hərbi zərbələr endirməyə hazırlaşır. Xüsusilə diqqət çəkən məqam odur ki, İranın “müstəqil bloqerləri” və vətəndaş jurnalistikası adı altında fəaliyyət göstərən media resursları qəsdən dezinformasiya yayır. Onlar Azərbaycanın ərazisində ABŞ və İsrailə məxsus təyyarələrin güya yanacaqla təmin edildiyi, digər hərbi hazırlıqların görüldüyü kimi əsassız iddiaları tirajlayaraq, psixoloji və informasiya zəminini formalaşdırmağa çalışırdılar. İlk gündən aydın idi ki, bu cür sistemli infotəbliğat Azərbaycan ərazilərinə potensial zərbələrin atılması üçün ilkin “informasiya hazırlığı”dır. Naxçıvan hava limanına edilən son raket zərbələri isə bu qənaəti təsdiqləyir və göstərir ki, İranın təxribatçı niyyətləri artıq gerçəyə çevrilməkdədir”.

 

Şəhanə Quliyeva

Tarix: 5 Mart 2026, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin