BURADA REKLAMINIZ OLA
BİLƏR

Britaniya Naxçıvandakı dron hücumlarından sonra Azərbaycan üzrə səyahət xəbərdarlığını yeniləyib

Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) Naxçıvanda baş verən dron hücumlarından sonra Azərbaycanla bağlı səyahət tövsiyələrini yeniləyib.

 

Açıqlamada deyilir ki, bəzi bölgələrə bütün səfərlərdən, bəzi ərazilərə isə yalnız zəruri səfərlərdən başqa bütün səfərlərdən çəkinmək tövsiyə olunur.

 

FCDO qeyd edib ki, qərar Naxçıvan Muxtar Respublikasında baş verən dron zərbələrindən sonra təhlükəsizlik vəziyyəti ilə bağlı yenilənmiş məlumatlar əsasında qəbul edilib.

 

Böyük Britaniya vətəndaşlarına Azərbaycana səfər etməzdən əvvəl rəsmi səyahət tövsiyələri ilə tanış olmaq tövsiyə olunub.

Tarix: 6 Mart 2026, 01:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin