BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov: Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir, bütün tapşırıqlar verilib

Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları ilə bağlı bütün tapşırıqlar Prezident tərəfindən verilib, diplomatik addımlar atılıb.

 

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, həm nota verilib, həm telefon danışıqları aparılıb: “Eyni zamanda, təhlükəsizlik tədbirləri Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Bütün müvafiq tapşırıqlar da verilib”.

 

APA

Tarix: 6 Mart 2026, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin