BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “Prezident İlham Əliyev çox güclü liderdir, alternativi yoxdur, o da bizim payımıza düşüb”

"Cənab Prezident bir daha göstərdi ki, ona Prezident kimi alternativ yoxdur. Nə Azərbaycanda, nə də yaxın dövlətlərdə! Cənab Prezidentin sərt açıqlaması, Azərbaycana sipər durması, gücü, özünü dünyaya təqdim etməsi ilə bir daha mesaj verdi ki, varam, heç kimə dövlətimi incitməsinə imkan vermərəm. Prezident İlham Əliyev təsdiqlədi ki, çox güclü liderdir, o da bizim payımıza düşüb. Naxçıvan həm ermənilərin, həm də İranın diqqət mərkəzindədir. Naxçıvan elə bir yerdədir ki, Sovet dövründə Ermənistan da, İran da Zəngəzur yolunu Azərbaycandan ayırdılar. Onlar üçün Naxçıvan “şirin tikə”dir, ermənilər Naxçıvanı İranla bölüşdürə bilərlər, ikisinin də əhatəsindədir, lakin digər tərəfdə Türkiyə var. İranın Naxçıvanı hədəf alması çox yanlış addım idi. Acınacaqlı vəziyyət budur ki, Naxçıvanın Bakı ilə yeganə təması hava limanı idi. Türkiyə çox sağ olsun, dərhal dedi ki, Iğdırdan uçmaq olar.  İran bunu hesablamamışdı. İran, bəlkə də, hazırda ən pis vəziyyət yaşayır. Çünki orada indi dövlət kimin əlindədir, bilinmir. "Hizbullah"ın, "SEPAH"ın - bütün terrorçu qrupların yuvası İrandır. Hamısından hər şeyi gözləmək olar. Buna görə də dövlətimiz hər tərəfdən sərhədlərimizi gücləndirir. Qusar tərəfdən Rusiya, Astara tərəfdən İran - hər tərəfdən qorunmalıyıq. Naxçıvanda İran zabitləri də ola bilər. İran yaxındır, Naxçıvana gəlib-gedirlər. Hansı görünüşdə gəliblər, necə giriblər? Prezident quru sərhədləri vaxtında bağladı, çox gözəl addım idi. Bax, bu gündən ötrü idi... Prezident səfirliyə gedib başsağlığı verib. Heç bir prezident bunu etmədiyi halda səhəri gün Naxçıvana dron zərbəsi endirdilər. İranın daxilində İranla Azərbaycanın neytral vəziyyətdə qalmasını istəməyənlər var. Buna görə də həmişə ayıq olmalıyıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

O vurğulayıb ki, İran çox təhlükəli vəziyyətdədir və dövləti idarə edən yoxdur: “Buna görə də sabah nə olacağını bilmirlər. Təkcə bizə yox, bütün əhatədə olan dövlətlərə qarşı hər bir terrora hazırdırlar. Nəzərə almaq lazımdır ki, Ermənistan da onların bu cür hərəkətindən qorxdu. Dərhal Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng etdilər. Başa düşürlər, istəmirlər ki, sülh sazişi pozulsun. Biz hər tərəfdən dövlətimizi qorumalıyıq. Naxçıvan ən həssas yerimizdir. Buna görə Naxçıvanı hədəf olaraq seçdilər ki, qorumaq çətin olacaq. Yadlarından çıxıb ki, Türkmənçay müqaviləsi, Türkiyə, bir də güclü Ordumuz var! İran Naxçıvanı hədəf seçməklə həm də Ermənistanı yoxlayırdı. Çünki ən güclü Amerika səfirliyi Ermənistandadır. Bunun üçün ermənilər narahatdırlar. İran bütün ərəb ölkələrində Amerikanın səfirliklərini vurur. Bu da çox təhlükəlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 6 Mart 2026, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin