BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.


XİN-dən Pravda.az-a verilən məlumata görə, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə gedib.


Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.


Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

 

Tarix: 7 Mart 2026, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin