BURADA REKLAMINIZ OLA
BİLƏR

Anardan Həmid Herisçi və Əli Çağla barədə AÇIQLAMA -

Yazıçı Həmid Herisçinin İranın mövqeyindən çıxış etməsindən sonra onun iranlı yazıçı Əli Çağla ilə yaxınlığı gündəmə gətirilib. Bütün bunların fonunda heç bir iş sahibi olmayan yazıçı Əli Çağlanın Bakıya gəlişinin hansı maddiyyatla qarşılanması, Həmid Herisçiyə və ona Azərbaycan Yazıçılar Birliyində (AYB) göstərilən xüsusi diqqət müzakirələrə səbəb olub. Güney Azərbaycan ədəbiyyatı komissiyasının keçmiş gənc sədri Sayman Aruzun sədrlikdən uzaqlaşdırılması məsələsi yenidən müzakirə olunur, AYB-nin İran meyilli yazıçılara önəm verməsi tənqid edilir.


Bununla bağlı Pravda.az AYB sədri, Xalq yazıçısı Anarın fikirlərini öyrənməyə çalışıb.


Sədr bu məsələlərdən özünü kənar tutmağa çalışıb: "Bilmirəm, bu məsələ ilə məşğul olmuram. AYB-nin üç min üzvü var. Hərənin dediyinə mən cavabdeh deyiləm ki. Nə deyib, özü bilər. Mən bu işə qarışmıram".


Aytəkin Qardaşova

Tarix: 7 Mart 2026, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin