BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp bu gün ABŞ-ın İrana çox güclü zərbə vuracağını bildirib

İran bu gün çox güclü zərbə alacaq.


Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.


ABŞ Prezidentinin sözlərinə görə, İranın “pis davranışı” səbəbindən əvvəllər hədəf hesab edilməyən ərazilər və qruplar indi hücuma məruz qala bilər.


Tramp qeyd edib ki, hazırda bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşularından üzr istəyib və onlara bir daha atəş açmayacağına söz verib:


“Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumlarına görə verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və nəzarətdə saxlamaq istəyirdilər. Minilliklər ərzində ilk dəfədir ki, İran ətrafdakı Yaxın Şərq ölkələrinə uduzur"./APA

Tarix: 7 Mart 2026, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin