BURADA REKLAMINIZ OLA
BİLƏR

Bloqer Mehman Hüseynovla məktəb direktoru arasında QARŞIDURMA - VİDEO

Bloqer Mehman Hüseynov seçki kampaniyası çərçivəsində problemlə üzləşib.

 

Pravda.az xəbər verir ki, bu barədə bloqer özü məlumat verib.

 

O bildirib ki, Yeni Günəşli qəsəbəsində 275 saylı məktəbin direktoru ona plakatını təyin olunan yerə yapışdırmağa problem yaradıb: "Artıq mənim seçki kampaniyama qarşı təzyiqlər, təxribatlar başlayıb. Bizi polislə hədələyirlər, mane olurlar. Seçkiləri belə keçirtmək istəyirsiz? Məktəb direktoru Azərbaycanın qanunlarını nəzərə almır, özbaşnalıq edir. Mərkəzi Seçki Komissiyasl buna cavab verməlidir".

 

Qeyd: M.Hüseynov 31 saylı Qaraçuxur II seçki dairəsindən namizəddir. Bələdiyyə seçkiləri bu il dekabrın 23-də keçiriləcək.

 

Tarix: 14 Dekabr 2019, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin