BURADA REKLAMINIZ OLA
BİLƏR

“EuroHome”un qarşısında etiraz aksiyası – Ölkə rəhbərliyinə müraciət edildi - VİDEO

Binəqədi rayonunda yerləşən “EuroHome” ticarət mərkəzində baş verən yanğından ziyan çəkmiş sahibkarlar növbəti dəfə etiraz aksiyası keçirib.

 

Pravda.az xəbər verir ki, zərərçəkənlərin əsas tələbi kompensasiyanın ödənilməsi ilə bağlıdır. Onlar bildiriblər ki, hökumət heç olmasa dəymiş ziyanın 30 faizini ödəsin.

 

Zərərçəkənlər əsas müraciəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ediblər: "İstəyirik ki, səsimizə səs verib bizə kömək etsinlər, heç olmasa zərərimizin bir qismi ödənilsin".

 

Əraziyə polis əməkdaşları cəlb olunub.

 

Qeyd: Dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğınsöndürənlərin şücaəti ilə yanğından mühafizə olunub və yanğın söndürülüb. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Video "Azadlıq radiosu"na məxsusdur.

 

Tarix: 14 Dekabr 2019, 22:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin