Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Hamlet Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı Hamlet Hüseynovun müdafiəçisi tərəfindən verilən kassasiya şikayətinə münasibətdə dəyişdirilib, onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunub. Hamlet Hüseynovun üzərində qəti olaraq 4 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İttihama görə, hadisə 13 iyul 2024-cü il tarixdə saat 17 radələrində paytaxt ərazisində baş verib. Belə ki, Hamlet Hüseynov tanışı olan zərərçəkmiş M.M.-lə (adı, soyadı şərtidir) birlikdə yemək yeyib və spirtli içki qəbul edib. Bundan sonra o, sərxoş vəziyyətdə zərərçəkmiş şəxsə məxsus və bacısının işlədiyi ərzaq mağazasına gedib.
Məlumata görə, Hamlet Hüseynov mağazadan nisyə spirtli içki istəyib. Lakin bu istəyinə müsbət cavab verilmədiyinə görə kobud ifadələr işlədərək nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman zərərçəkmiş şəxs mağazaya daxil olaraq onu təkidlə çölə çıxarıb və hadisə yerindən uzaqlaşdırıb.
Bundan sonra Hamlet Hüseynov evinə gedərək mətbəx bıçağını götürüb və yenidən həmin mağazanın qarşısına qayıdıb. Bir qədər əvvəl oradan uzaqlaşdırılması ilə barışmayan Hamlet “mən burada hara istəsəm girə bilərəm” kimi ifadələr işlədərək aqressiv davranış nümayiş etdirib.
Daha sonra o, mağazanın qarşısından təxminən 50 metr aralanaraq M.M-lə təsadüfən rastlaşıb. Bu zaman zərərçəkmiş şəxs onun bir qədər əvvəlki davranışlarına görə Hamlet Hüseynovu sillə ilə vurub. Tərəflər arasında əlbəyaxa dava başlayıb.
İstintaqa görə, M.M. fiziki müqavimət göstərmək imkanına malik olmasına baxmayaraq, Hamlet Hüseynov üzərində olan mətbəx bıçağından istifadə edərək xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə bədəninin müxtəlif nahiyələrindən 5 dəfə zərbə vuraraq ona xəsartə yetirib.
Hadisədən sonra Hamlet Hüseynov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət cəza müddətindən çıxılıb və nəticədə üzərində qəti olaraq 6 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra məhkumun müdafiəçisi tərəfindən qərardan kassasiya şikayəti verilib.
Qeyd: Hadisə zamanı Hamlet Hüseynov "Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-də fəhlə işləyib.
Kamal Məmmədov
20 Aprel 09:28
20 Aprel 09:11
20 Aprel 09:11
20 Aprel 08:58
20 Aprel 08:56
20 Aprel 08:48
20 Aprel 08:39
20 Aprel 08:36
20 Aprel 08:28
20 Aprel 08:24
20 Aprel 08:18
20 Aprel 08:17
20 Aprel 08:09
20 Aprel 08:05
20 Aprel 08:01
20 Aprel 07:55
20 Aprel 01:14
20 Aprel 00:27
19 Aprel 23:57
19 Aprel 23:54
19 Aprel 22:43
19 Aprel 22:26
19 Aprel 22:24
19 Aprel 22:22
19 Aprel 22:19
19 Aprel 22:17
19 Aprel 20:53
19 Aprel 18:41
19 Aprel 18:39
19 Aprel 17:05
19 Aprel 16:39
19 Aprel 16:14
19 Aprel 15:38
19 Aprel 15:17
19 Aprel 14:59
19 Aprel 14:48
19 Aprel 14:35
19 Aprel 12:32
19 Aprel 11:14
19 Aprel 09:32
19 Aprel 09:13
19 Aprel 08:04
19 Aprel 08:02
19 Aprel 02:18
19 Aprel 00:41
19 Aprel 00:38
18 Aprel 23:32
18 Aprel 23:25
18 Aprel 23:08
18 Aprel 22:18
18 Aprel 21:33
18 Aprel 21:32
18 Aprel 21:21
18 Aprel 20:36
18 Aprel 20:26
18 Aprel 19:56
18 Aprel 19:51
18 Aprel 18:50
18 Aprel 17:56
18 Aprel 17:48
18 Aprel 17:27
18 Aprel 17:21
18 Aprel 16:28
18 Aprel 16:00
18 Aprel 15:52
18 Aprel 15:39
18 Aprel 15:35
18 Aprel 15:24
18 Aprel 15:02
18 Aprel 14:28
18 Aprel 14:21
18 Aprel 14:10
18 Aprel 14:03
18 Aprel 14:00
18 Aprel 13:59
18 Aprel 13:56
18 Aprel 13:54
18 Aprel 13:52
18 Aprel 13:51
18 Aprel 13:30
18 Aprel 13:28
18 Aprel 13:27
18 Aprel 13:25
18 Aprel 13:14
18 Aprel 12:53
18 Aprel 12:45
18 Aprel 12:44
18 Aprel 12:41
18 Aprel 11:58
18 Aprel 11:48
18 Aprel 11:41
18 Aprel 11:39
18 Aprel 11:34
18 Aprel 10:59
18 Aprel 10:44
18 Aprel 09:26
18 Aprel 09:24
18 Aprel 09:22
18 Aprel 08:56
18 Aprel 07:53
18 Aprel 00:49
18 Aprel 00:45
17 Aprel 22:28
17 Aprel 21:45
17 Aprel 20:34
17 Aprel 19:26
17 Aprel 19:02
17 Aprel 18:22
17 Aprel 17:42
17 Aprel 17:28
17 Aprel 17:05
17 Aprel 16:53
17 Aprel 16:52
17 Aprel 16:51
17 Aprel 16:45
17 Aprel 16:40
17 Aprel 16:37
17 Aprel 16:30
17 Aprel 16:27
17 Aprel 16:26
17 Aprel 16:25
17 Aprel 16:18
17 Aprel 16:12
17 Aprel 16:10
17 Aprel 15:34
17 Aprel 15:10
17 Aprel 15:07
17 Aprel 15:05
17 Aprel 15:01
17 Aprel 14:53
17 Aprel 14:52
17 Aprel 14:50
17 Aprel 14:48
17 Aprel 14:20
17 Aprel 13:57
17 Aprel 13:56
17 Aprel 13:31
17 Aprel 13:28
17 Aprel 13:12
17 Aprel 13:05
17 Aprel 13:03
17 Aprel 12:52
17 Aprel 12:46
17 Aprel 12:33
17 Aprel 12:28
17 Aprel 12:21
17 Aprel 11:48
17 Aprel 11:47
17 Aprel 11:25
17 Aprel 10:59
Ən son xəbərləri səhifəmizdən də izləyin