BURADA REKLAMINIZ OLA
BİLƏR

Şarl Mişel: XIII Qlobal Bakı Forumu mövcud şəraitdə qarşılıqlı anlaşmanı gücləndirmək üçün böyük fürsətdir

Dünya ciddi bir paradoksla üz-üzədir. Dünya heç vaxt olmadığı qədər çoxqütblü olub. Eyni zamanda isə çoxtərəflilik, yəqin ki, heç vaxt olmadığı qədər zəifdir.

 

Bu sözləri Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

 

O bildirib ki, belə bir forum mövcud şəraitdə qarşılıqlı anlaşmanı gücləndirmək üçün böyük fürsətdir. “Müxtəlif sahələrdən, fərqli təcrübə malik şəxslərin bir araya gəldiyi bu format bizə birlikdə danışmaq, bir-birimizi dinləmək və qarşılıqlı anlaşmanı inkişaf etdirmək imkanı yaradır. Çünki qarşılıqlı anlaşma ən doğru qərarların qəbul edilməsi və daha ədalətli, daha proqnozlaşdırıla bilən bir dünya qurmaq üçün başlanğıc nöqtəsidir”, - deyə Şarl Mişel bildirib.

Tarix: 11 Mart 2026, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin