BURADA REKLAMINIZ OLA
BİLƏR

"Restoranları, “Mall”ları açın, insanlar özlərinə əyin-baş ala bilsin" - TƏKLİF

Tanınmış aktrisa və aparıcı Könül Yusifqızı karantin qaydalarının yumşaldılmasını tələb edib.

Pravda.az xəbər verir ki, sənətçi karantin qaydalarının yumşaldılmasını, cərimələrin artırılmasını təklif edib:

“Ayın 5-i gəlir, mən də hamı kimi  məyusam. Mən üzümü aidiyyatı orqanlara tuturam, çox xahiş edirəm, lütfən, karantini yumşaldın. Artıq mənim əsəbilərim pozulub. Nə qədər evə tıxanmaq olar? Zatən iş-güc yoxdur, belə olmur, dörd divar arasında uşağın bağrı yarılır. Hava uda bilmirik, dənizə gedə bilmirik. Mən xahiş edirəm, qanunları sərtləşdirin, maska taxmayanı 200 yox, 500 manat cərimə edin, məsafə saxlamayanları 500 manat cərimələyin, amma açın. Restoranları, “Mall”ları açın, insanlar özlərinə əyin-baş ala bilsin. Psixoz bir vəziyyətə gəlib çıxmışıq, 5-dən sonra da karantini uzatsanız nə olacaq bilmirəm…”.

Tarix: 3 Avqust 2020, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin