BURADA REKLAMINIZ OLA
BİLƏR

Rayonlara gediş-gəlişlə bağlı RƏSMİ QƏRAR

Avqustun 31-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması ilə bağlı qərar qəbul olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Operativ Qərargah məlumat yayıb.

 

Qeyd: Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyanda sərtlşdirilmiş karantin rejimi tətbiq edilir.

Tarix: 3 Avqust 2020, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin