BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın 13 şəhər və rayonunda daha bir qadağa tətbiq ediləcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər qüvvədədir.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti qadağandır:

 

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

 

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

 

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

 

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.

 

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.

Tarix: 3 Avqust 2020, 16:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin