BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB: Həkimlər istirahət etmirlər

"Aktiv xəstələrin sayının azalmasından istifadə edərək əlavə tədbirlərə hazırlıq görürlər".

 

Pravda.az-ın xəbərinə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:

 

"Heç də işlər azalmayıb, həkimlər istirahət etmirlər. İndi fürsətdən yararlanaraq daha çox işləyirik ki, pandemiya ilə mübarizə davam edəcəksə, biz tam hazır olaq. Hər il payız-qış mövsümündə qrip və digər xəstəliklərin artımı diqqət çəkir. Biz COVİD-19 ilə mübarizədə nə qədər qaydalara əməl etsək, digər xəstəliklər də o qədər azalar. Bunu digər ölkələrin statistikası da sübut edir".

Tarix: 3 Avqust 2020, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin