BURADA REKLAMINIZ OLA
BİLƏR

Narkokuryerlik edən şəxs saxlanılıb - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb.

 

Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

 

V.Quliyev ifadəsində bildirib ki, “TikTok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Tarix: 18 Mart 2026, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin