BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib

Özbəkistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən həmin ölkənin vətəndaşı Şadiyev Abdullonun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə verilməsinə dair Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.


Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, A. Şadiyev 2025-ci ilin dekabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şəxs barəsində “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərar qəbul edilib və o, 18.03.2026-cı il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

Tarix: 19 Mart 2026, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin