BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Lənətə gəlsin pandemiyanı…"

"Məşhur italiyan kinorejissoru Federiko Fellini müsahibələrinin birində olduqca maraqlı məqama toxunub: "Məni uşaqlar arasında telepatik əlaqə maraqlandırır. Onlar dəhlizdə, küçədə, kandarda görüşəndə, valideynlərinin əlindən tutub yanaşı addımlayanda susub bir-birinə baxıralr. Sizcə onlar susurlar? Əsla! Onlar baxışları vasitəsilə bir-birinə informasiya ötürüb məlumat alırlar. Danışa bilməsələr də bu işi onların əvəzinə telepatiya görür.Məncə bu informasiya məkanı hüdudsuzdur və biz bu ünsiyyətin şifrələrini çözməyə qadir deyilik." Möhtəşəmdir. Fellini 1993-cü ildə dünyasını dəyişib. Və dövran də çox dəyişib".


Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev deyib.


E.Əliyevin fikrincə, uşaqların bir-birinə ötürdüyü informasiya "Bu il məktəbə gedəcəyikmi?" sualıdır: "Uşaqlar həmyaşıdlarına baxışları ilə informasiya ötürürlər. Böyüklərə isə açıq suallar verirlər. Lənətə gəlsin pandemiyanı. Biz isə hələlik uşaqların bir-birilərinə telepatiya ilə ötürdükləri suala cavab tapa bilmirik…"

Tarix: 3 Avqust 2020, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin