BURADA REKLAMINIZ OLA
BİLƏR

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - VİDEO

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub.

 

5 saylı Yol İstismarı İdarəsinin İspik-Xınalıq yol sahəsinin iş icraçısı Bilal Sultanov bildirib ki, artıq Xınalıq kəndinin rayon mərkəzi ilə gediş-gəlişi təmin edilib.

 

Onun sözlərinə görə, sel sularının yolda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.

 

APA

 

***

13:18

 

Güclü yağışlar nəticəsində sel Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb.

 

Dağlıq ərazidən keçən sel suları yolun bir hissəsini yuyub, asfalt örtüyündə ciddi çökmələr qeydə alınıb.

 

Eyni zamanda, torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib.

 

İntensiv yağıntılar davam edir.

 

Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşməsindən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq.

 

Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərdən və vətəndaşlardan təhlükəsizlik məqsədilə həmin istiqamətdə hərəkət etməmələri xahiş olunur.

 

APA

Tarix: 28 Mart 2026, 21:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin