BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “190 manat ödəniş verilməlidir”

“190 manatı kartından çəkməyən insanların kartının bloklanması məsələsinə yenidən baxılmalıdır”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.

 

O bildirib ki, aprel ayında verilən 190 manat mayda da verilib: “Yenidən qapanmaya gedilib. Buna görə də insanlara 190 manat ödəniş yenidən verilməlidir. Operativ Qərargah bu məsələyə konkret münasibət bildirməyib. Burda düşünməli bir şey yoxdur. Qapanmalara gedilibsə, ödəniş verilməlidir”.

Tarix: 4 Avqust 2020, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin