Binəqədi Rayon Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Kəmalə Məmmədovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilib. Kəmalə Məmmədova CM-in 127.1-ci (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilib və qadın təyin edilmiş cəzadan azad olunub.
İttihama görə, hadisə 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinin birinin həyətində qeydə alınıb.
Belə ki, təqsirləndirilən şəxs həmin ərazidə qonşuluqda yaşayan zərərçəkmiş Təranə Vəliyeva (adı, soyadı şərtidir) ilə aralarında baş vermiş mübahisəni davam etdirib.
Araşdırmalar zamanı müəyyən edilib ki, hadisədən bir qədər əvvəl zərərçəkmiş şəxs digər qonşunun evində ondan borclu olduğu 200 manat pul vəsaitini tələb edib və bu səbəbdən tərəflər arasında sözlü mübahisə yaranıb. Kəmalə isə bu vəziyyətə irad bildirərək mübahisəyə qoşulub və qarşıdurmanı daha da gərginləşdirib.
Daha sonra o, ictimai yer hesab olunan yaşayış sahəsinin həyətində, ətrafda insanların toplaşmasına baxmayaraq, etik davranış qaydalarına məhəl qoymayaraq özünü digərlərindən üstün tutmaqla ictimai qaydanı kobud şəkildə pozub. Bu zaman Kəmalə qərəzli xuliqanlıq niyyəti ilə Təranəyə qarşı fiziki zor tətbiq edərək onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib.
Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerdəyişmiş sınığı, burunun şişkinliyi, burun nahiyəsində qançırlar, burun qanaxması və tənəffüsün pozulması ilə müşayiət olunan küt travma xəsarətləri alıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilib.
Məhkəmə iclasında dindirilən Kəmalə Məmmədova ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək verilmiş ittihamları qəbul etmədiyini deyib.
Kamal Məmmədov
10 May 21:26
10 May 21:20
10 May 18:52
10 May 18:46
10 May 17:10
10 May 16:00
10 May 14:40
10 May 14:06
10 May 13:23
10 May 13:22
10 May 13:21
10 May 13:19
10 May 13:17
10 May 13:16
10 May 13:15
10 May 13:12
10 May 13:05
10 May 12:31
10 May 12:29
10 May 12:11
10 May 12:09
10 May 11:18
10 May 11:15
10 May 11:09
10 May 10:49
10 May 10:24
10 May 10:20
10 May 10:18
10 May 10:14
10 May 09:16
10 May 08:38
10 May 02:29
10 May 00:11
10 May 00:10
10 May 00:06
10 May 00:04
10 May 00:01
9 May 23:59
9 May 23:54
9 May 23:41
9 May 23:37
9 May 23:34
9 May 23:26
9 May 23:19
9 May 23:16
9 May 22:51
9 May 21:58
9 May 20:23
9 May 19:53
9 May 18:59
9 May 18:20
9 May 18:17
9 May 18:12
9 May 17:58
9 May 17:08
9 May 16:12
9 May 14:59
9 May 14:32
9 May 14:29
9 May 13:33
9 May 13:32
9 May 13:08
9 May 12:40
9 May 12:31
9 May 12:31
9 May 12:25
9 May 12:20
9 May 12:17
9 May 12:16
9 May 11:46
9 May 11:20
9 May 10:23
9 May 10:13
9 May 09:48
9 May 09:18
9 May 08:38
9 May 08:34
9 May 08:20
9 May 08:19
9 May 08:18
9 May 07:50
9 May 04:15
9 May 03:20
9 May 00:52
8 May 23:06
8 May 21:20
8 May 19:28
8 May 19:18
8 May 19:15
8 May 19:11
8 May 18:47
8 May 18:29
8 May 18:27
8 May 18:05
8 May 17:46
8 May 17:10
8 May 17:09
8 May 17:09
8 May 17:02
8 May 16:56
8 May 16:10
8 May 16:06
8 May 15:54
8 May 15:38
8 May 15:18
8 May 15:09
8 May 14:48
8 May 14:44
8 May 14:38
8 May 14:08
8 May 13:59
8 May 13:16
8 May 12:47
8 May 12:45
8 May 12:37
8 May 12:28
8 May 12:24
8 May 12:21
8 May 12:09
8 May 11:38
8 May 11:33
8 May 11:14
8 May 10:50
8 May 10:45
8 May 10:36
8 May 10:18
8 May 09:54
8 May 09:52
8 May 09:51
8 May 09:32
8 May 09:30
8 May 09:10
8 May 08:55
8 May 08:46
8 May 08:45
8 May 08:30
8 May 08:27
8 May 08:24
8 May 08:21
8 May 08:19
8 May 08:12
8 May 08:01
8 May 07:26
8 May 07:23
8 May 01:21
8 May 01:20
8 May 00:23
7 May 22:47
7 May 22:33
7 May 20:43
Ən son xəbərləri səhifəmizdən də izləyin