Reklam

Bulvarda 22 yaşlı qız son anda xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb ediliblər.

 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Nuridə Tapdıq qızı Əliyeva dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Tarix: 9 Aprel 2026, 22:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin