Reklam

Azərbaycan nefti 5 dollara yaxın bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

 

Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,59 ABŞ dolları və ya 3,8% artaraq 125,03 ABŞ dolları olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,44 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 

APA

Tarix: 10 Aprel 2026, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin