BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu

Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.

 

Pravda.az "Teleqraf"a istinadən xəbər verir ki, 1 603.2 kvadratmetr ərazisi olan obyekt "Aztəsərrüfat" MMC-yə məxsusdur.

 

Şirkətin rəsmi saytına əsasən, qurumun Baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlasaq da, qeyd olunan nömrəyə zəng çatmayıb.

 

Qeyd edək ki, "Aztəsərrüfat" MMC 2016-cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.

 

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Tarix: 10 Aprel 2026, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin