17 yaşlı gənc Aydanın qolunda yaranan xoşxassəli şişin mütləq şəkildə cərrahi yolla götürülməli olduğu bildirilib.
Bu səbəbdən qeydiyyatda olduğu poliklinika onu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yönləndirib. Lakin gənc və valideyninin iddiasına görə, əməliyyat icbari tibbi sığorta çərçivəsində, dövlət hesabına həyata keçirilməli olsa da, travmatoloq Akif Abdullayev bundan imtina edib.
İddia olunur ki, həkim əməliyyat dövlət xəstəxanasında aparılacağı təqdirdə gəncin şikəst qalmaq riski olduğunu bildirərək onu özünün çalışdığı özəl tibb müəssisəsinə yönləndirib və orada əməliyyatın daha yüksək məbləğə baş tutacağını deyib.
"Həkim bildirdi ki, problem ancaq əməliyyatla həll oluna bilər. "Mən əməliyyat edərəm, amma özəl klinikada 400 manata" dedi. Həkimin sözlərinə görə, buradakı digər iş yoldaşları da əməliyyatı eyni qiymətə edə bilərlər, amma onların məni şikəst qoyma ehtimalı var. Anam icbari tibbi sığortanın olduğunu xatırlatdıqda isə o, "sığortadan cəmi 20 manat qalır, mən 20 manatlıq həkim deyiləm" dedi", - deyə şikayətçi Aydan Məmmədyarlı Baku TV-yə bildirib.
Sözügedən travmatoloq Akif Abdullayev isə iddiaları təkzib edib: "Əgər əməliyyatı həm özəldə, həm də burada mən edəcəyəmsə, niyə pasiyentin şikəst qalacağı ilə bağlı ifadə işlətməliyəm?! Onları özəl klinikaya yönləndirməmişəm".
Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, cərrahi müdaxilələr, o cümlədən xoşxassəli şişlərin götürülməsi əməliyyatları tibbi göstərişlər əsasında, müəyyən edilmiş prosedurlara uyğun olaraq ödənişsiz həyata keçirilir: "Həkim tərəfindən səsləndirildiyi iddia olunan risklərə gəldikdə isə qeyd olunmalıdır ki, hər bir tibbi müdaxilə müəyyən risklər daşıyır və həkimin vəzifələrindən biri pasiyenti ehtimal olunan fəsadlar barədə məlumatlandırmaqdır. Belə məlumatlandırma bəzən pasiyent və yaxınları tərəfindən yanlış olaraq təzyiq və ya qorxutma kimi qəbul edilə bilər.
Eyni zamanda həkimin pasiyentə alternativ müalicə imkanları və özəl müəssisələrdəki şərait barədə danışması tibbi praktika çərçivəsində məlumatlandırıcı xarakter daşıya bilər. Bunun birbaşa yönləndirmə və ya məcburetmə kimi qiymətləndirilməsi üçün əlavə faktlar və sübutlar tələb olunur". İnstitutdan həmçinin vurğulanıb ki, əgər dövlət tibb müəssisəsində həkimin xəstədən ödəniş tələb etməsini əks etdirən faktlar varsa, bu, cinayət xarakterli əməl hesab olunur. Belə hallar barədə sübutlar təqdim edildiyi təqdirdə məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara müraciət olunmalıdır.
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin