BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış idmançı Azad Rəhimova və Adil Əliyevə müraciət etdi: “Məşqçilərin çoxu heç bir yerdən maaş almırlar”

“Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov Gənclər və idman naziri Azad Rəhimova və Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevə müraciət ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:

 

“Əllidən artıq federasiya, yüzlərlə klub və məşqçilər adından sizə müraciət edirəm... Beş aydan artıqdır ki, idman zalları bağlıdır. Yüzlərlə məşqçi əziyyət çəkir... Məşqçilərin çoxu heç bir yerdən maaş almırlar. Sizdən xahişimiz budur ki, məşqçilərin ailələrinə çörək qazanması üçün Operativ Qərargaha müraciət edəsiniz idman zallarının açılması, ya da açıq havada məşqlərin keçirilməsi məsələsinə baxılsın. İdmançı ordusu həmişə dövlət və dövlətçiliyə dəstək olub. Ümid edirik ki, idmançıların bu müraciətimi nəzərə alacaqsınız”.

Tarix: 5 Avqust 2020, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin