Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun “Sənədsiz evlərə su, işıq, qaz verilməyəcək” açıqlaması cəmiyyətdə geniş rezonans doğurub. Bu qərarın əsas yükünün məhz vətəndaşların üzərinə düşməsi, sənədsiz tikililərə illərlə göz yuman və ya icazə verən qurumların məsuliyyətə cəlb olunmaması isə narazılıqları daha da artırır.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayevin sözlərinə görə, illərlə müxtəlif qurumların göz yumması, bəzi hallarda isə birbaşa iştirakı ilə formalaşmış bir vəziyyətin bu gün bütün məsuliyyətinin vətəndaşların üzərinə atılması nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır.
Deputat qeyd edib ki, insanlar həmin evləri birdən-birə tikməyiblər: “İllərlə kommunikasiyalar çəkilib, qeydiyyatlar aparılıb, dövlət qurumları bu prosesdən xəbərdar olub. İndi isə çıxıb demək ki, ssənədsizdir, su verilməyəcək, bu, problemin həllini daha da qəlizləşdirmək və vətəndaşlara psixoloji travma yaşatmaqdır. Ortada saxta sənəd, qanunsuz satış və ya icazə məsələləri varsa, ilk növbədə həmin sənədləri verənlər, göz yumanlar və bu prosesi idarə edən məsul şəxslər cavab verməlidir. Dövlət orqanlarının öz məsuliyyətini vətəndaşın üzərinə atması açıq şəkildə məsuliyyətsizlik və cavabdehlikdən yayınmadır. Digər tərəfdən, artıq həmin evlərdə illərlə yaşayan insanlar var. Onların su kimi əsas bir xidmətlə təmin olunmaması sosial baxımdan ciddi problem yaradır və bu, insanlara qarşı dolayısı ilə cəza tədbirinə çevrilir. Vətəndaş dövlətin səhvlərinin yükünü daşımalı deyil”.
R.Nurullayev qeyd edib ki, dövlət bu tikililəri qanunsuz hesab edirsə, onda hüquqi və ədalətli çıxış yolu təqdim etməlidir: “Bu, ya həmin evlərin leqallaşdırılması istiqamətində real mexanizmlərin tətbiqi, ya da söküntü qaçılmazdırsa, beynəlxalq standartlara uyğun şəkildə ədalətli kompensasiyanın verilməsi ilə mümkündür. İnsanları nə sənədləşdirmə imkanı olmadan, nə də alternativ təqdim etmədən fakt qarşısında qoymaq düzgün deyil. Qəti mövqeyim ondan ibarətdir ki, vətəndaş bu vəziyyətin əsas günahkarı deyil. Problemin kökü idarəetmədə və illərlə formalaşmış sistem boşluqlarındadır. Bu boşluqlar aradan qaldırılmadan inzibati qadağalar tətbiq etmək yalnız sosial gərginliyi artıracaq və problemi daha da dərinləşdirəcək”.
Şəhanə Quliyeva
20 May 22:35
20 May 21:45
20 May 21:41
20 May 21:13
20 May 20:15
20 May 20:14
20 May 20:10
20 May 20:04
20 May 19:30
20 May 19:15
20 May 18:56
20 May 18:48
20 May 18:44
20 May 18:36
20 May 18:17
20 May 18:14
20 May 18:05
20 May 17:57
20 May 17:54
20 May 17:47
20 May 17:21
20 May 17:21
20 May 16:59
20 May 16:46
20 May 16:41
20 May 16:35
20 May 16:35
20 May 16:31
20 May 16:16
20 May 16:02
20 May 15:52
20 May 15:46
20 May 15:42
20 May 15:40
20 May 15:32
20 May 15:07
20 May 15:02
20 May 15:00
20 May 14:58
20 May 14:46
20 May 14:42
20 May 14:32
20 May 14:28
20 May 14:13
20 May 14:11
20 May 13:58
20 May 13:50
20 May 13:50
20 May 13:38
20 May 13:36
20 May 13:32
20 May 13:28
20 May 13:19
20 May 13:15
20 May 13:08
20 May 12:56
20 May 12:52
20 May 12:51
20 May 12:47
20 May 12:42
20 May 12:34
20 May 12:28
20 May 12:24
20 May 12:17
20 May 12:15
20 May 12:00
20 May 11:57
20 May 11:53
20 May 11:41
20 May 11:37
20 May 11:34
20 May 11:31
20 May 11:27
20 May 11:22
20 May 11:00
20 May 10:52
20 May 10:44
20 May 10:43
20 May 10:42
20 May 10:40
20 May 10:39
20 May 10:21
20 May 10:18
20 May 10:13
20 May 09:50
20 May 09:15
20 May 09:09
20 May 08:40
20 May 08:32
20 May 08:29
20 May 08:26
20 May 08:24
20 May 08:20
20 May 08:15
20 May 08:13
20 May 08:08
20 May 07:38
20 May 04:43
20 May 03:14
20 May 01:04
20 May 01:01
19 May 23:42
19 May 23:39
19 May 21:52
19 May 21:48
19 May 21:44
19 May 19:40
19 May 19:37
19 May 18:55
19 May 18:51
19 May 18:48
19 May 18:42
19 May 18:42
19 May 18:32
19 May 18:28
19 May 18:24
19 May 18:17
19 May 18:09
19 May 17:55
19 May 17:55
19 May 17:53
19 May 17:50
19 May 17:49
19 May 17:40
19 May 17:40
19 May 17:30
19 May 17:13
19 May 17:07
19 May 17:06
19 May 16:57
19 May 16:43
19 May 16:38
19 May 16:36
19 May 16:33
19 May 16:30
19 May 16:29
19 May 16:25
19 May 16:12
19 May 16:12
19 May 16:10
19 May 16:05
19 May 15:53
19 May 15:51
19 May 15:49
19 May 15:39
19 May 15:22
19 May 15:09
19 May 15:03
19 May 15:02
19 May 14:50
Ən son xəbərləri səhifəmizdən də izləyin