Reklam

Böyük Mərdəkan qəsrində çökmə olub - FOTO

Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halı baş verib.

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Pravda.az-a verilən məlumata görə, hadisəyə səbəb son günlərdə müşahidə edilən olunan intensiv yağışların təsiri olub.

 

Məlumata görə, Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları 12 aprel tarixində qeydə alınıb.

 

Hadisə ilə əlaqədar əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

 

Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tututlub.

Fotoları təqdim edirik
Tarix: 13 Aprel 2026, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin