Reklam

AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Baş katib “X”də yazıb.

 

Görüş zamanı qarşıdan gələn AQEM sammiti və AQEM Media Forumuna hazırlıqlar müzakirə olunub.

 

Kayrat Sarıbay AQEM-də Azərbaycanın güclü liderliyini yüksək qiymətləndirdiyini bildirib.

Tarix: 13 Aprel 2026, 19:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin