Reklam

Azərbaycan–Venesuela münasibətlərinin daha da gücləndirilməsi müzakirə olundu

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib.

 

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.

 

Hikmət Hacıyev Andrea Corao Faria ilə Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları ilə bağlı məhsuldar fikir mübadiləsi apardığını qeyd edib.

 

“Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə 2026-cı il Antalya Diplomatiya Forumu çərçivəsində görüşməkdən məmnun oldum”, - Prezidentin köməkçisi əlavə edib.

Tarix: 18 Aprel 2026, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin