Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Hikmət Rəsulov və Səbinə Yusifzadənin (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Hikmət Rəsulov və tanışı Səbinə Yusifzadə və istintaqla müəyyən edilmiş digər şəxslə əvvəlcədən razılığa gələrək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə vətəndaşların xeyli miqdarda pul vəsaitlərini ələ keçirib.
Belə ki, onlar müxtəlif şəxslərə dövlət və təhsil müəssisələrində yüksək vəzifələrə təyinat vədi verərək etibar qazanıb, daha sonra həmin vədləri yerinə yetirməyərək külli miqdarda vəsaitləri mənimsəyiblər.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər əvvəlcə zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) aldadıblar. Onlar həmin şəxsə həyat yoldaşını Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbə direktor təyin etdirəcəyi vədi veriblər. Bu bəhanə ilə 2022-ci ilin sentyabr ayının sonunda və 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasında keçirilən görüşlər zamanı ümumilikdə 39 000 manat pul vəsaiti alınaraq ələ keçirilib.
Eyni sxem üzrə digər zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) də aldadılıb. Ona Tovuz rayonu, Öysüzlü kənd orta məktəbinə direktor təyin olunacağı vədi verilib və müxtəlif tarixlərdə ümumilikdə 35 000 manat pul vəsaiti mənimsənilib.
Araşdırmalarla müəyyən edilib ki, Hikmət və digər şəxslər daha bir zərərçəkmiş şəxsə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 238 saylı uşaq bağçasına direktor vəzifəsi vədi verərək ümumilikdə 40 000 manat vəsaiti ələ keçiriblər.
Bundan başqa, onlar zərərçəkmiş F.F.-i (adı, soyadı şərtidir) onun oğlunun Dövlət Vergi Xidmətinin tabeliyində olan qurumlardan birində işə qəbul ediləcəyi vədi ilə aldadaraq müxtəlif vaxtlarda ümumilikdə 30 050 manat pul vəsaitini mənimsəyiblər.
İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslər zərərçəkmiş E.E.-ni (adı, soyadı şərtidir) də aldadaraq Bakı şəhərində yerləşən orta məktəblərdən birinə direktor təyin ediləcəyi vədi ilə müxtəlif tarixlərdə və üsullarla ümumilikdə 21 500 manat pul vəsaitini ələ keçiriblər.
Toplanmış sübutlarla müəyyən olunub ki, qeyd olunan bütün hallarda təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək vahid cinayətkar niyyət əsasında hərəkət edib, aldıqları vədləri yerinə yetirməyərək zərərçəkmiş şəxslərə xeyli miqdarda – 91 550 manat məbləğində maddi ziyan vurublar.
Beləliklə, məhkəmə tərəfindən hər iki şəxsin əməli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə – qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, yəni dələduzluq kimi qiymətləndirilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Hikmət Rəsulov 3 il müddətinə azadlıqdan məhrum edilib. Səbinə Yusifzadəyə isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 2.6-cı bəndinə əsasən Səbinə Yusifzadə azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.
Kamal Məmmədov
18 May 18:52
18 May 18:45
18 May 18:33
18 May 18:17
18 May 18:15
18 May 18:10
18 May 18:08
18 May 18:05
18 May 17:51
18 May 17:41
18 May 17:34
18 May 17:03
18 May 17:00
18 May 16:47
18 May 16:34
18 May 16:33
18 May 16:24
18 May 16:23
18 May 16:20
18 May 16:16
18 May 16:09
18 May 16:07
18 May 16:01
18 May 15:54
18 May 15:42
18 May 15:38
18 May 15:35
18 May 15:26
18 May 15:07
18 May 15:02
18 May 14:51
18 May 14:47
18 May 14:46
18 May 14:42
18 May 14:35
18 May 14:33
18 May 14:17
18 May 14:15
18 May 14:11
18 May 14:10
18 May 14:06
18 May 13:55
18 May 13:43
18 May 13:39
18 May 13:36
18 May 13:35
18 May 13:30
18 May 13:28
18 May 13:23
18 May 13:23
18 May 13:18
18 May 13:13
18 May 13:10
18 May 13:06
18 May 13:05
18 May 13:04
18 May 13:01
18 May 13:00
18 May 12:59
18 May 12:55
18 May 12:47
18 May 12:46
18 May 12:30
18 May 12:17
18 May 11:58
18 May 11:56
18 May 11:51
18 May 11:50
18 May 11:46
18 May 11:41
18 May 11:36
18 May 11:30
18 May 11:26
18 May 11:19
18 May 11:13
18 May 11:06
18 May 11:03
18 May 10:52
18 May 10:41
18 May 10:35
18 May 10:33
18 May 10:14
18 May 10:06
18 May 09:55
18 May 09:52
18 May 09:48
18 May 09:43
18 May 09:34
18 May 09:31
18 May 09:23
18 May 09:18
18 May 09:11
18 May 09:10
18 May 09:07
18 May 09:05
18 May 09:03
18 May 09:01
18 May 08:55
18 May 08:53
18 May 08:47
18 May 08:44
18 May 03:27
18 May 01:59
18 May 01:52
18 May 01:47
18 May 01:45
18 May 00:10
18 May 00:08
18 May 00:02
17 May 23:18
17 May 22:40
17 May 22:34
17 May 20:19
17 May 19:54
17 May 19:07
17 May 19:00
17 May 18:57
17 May 18:46
17 May 18:44
17 May 18:37
17 May 18:35
17 May 18:33
17 May 18:31
17 May 18:28
17 May 18:26
17 May 18:24
17 May 18:21
17 May 18:19
17 May 17:49
17 May 17:40
17 May 16:49
17 May 16:47
17 May 16:45
17 May 16:15
17 May 16:09
17 May 15:43
17 May 15:26
17 May 15:04
17 May 15:02
17 May 15:01
17 May 15:00
17 May 14:58
17 May 14:56
17 May 14:52
17 May 14:28
17 May 14:05
17 May 14:03
17 May 13:56
17 May 13:54
17 May 13:41
Ən son xəbərləri səhifəmizdən də izləyin