Reklam

15 yaşında dünyaya uşaq gətirən yeniyetmənin anası danışdı: "Qonşumuz edib..." - VİDEO

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib. Məlumata görə, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.

 

Bu barədə APA TV-nin videomaterialında məlumat verilib.

 

Hadisə ilə əlaqədar yeniyetmənin anası bildirib ki, baş verənlərdə qonşuları günahkardır: "Bu barədə heç bir məlumatım olmayıb. Martın 31-də qızımı Ağdaşda həkim müayinəsinə apardıqda hamilə olduğunu öyrəndim. Qızım hadisəni törədən şəxsin qonşumuz olduğunu bildirib. O, qızıma təcavüz edib. Biz ailəvi dost idik, mütəmadi olaraq bir-birimizin evinə gedib-gəlirdik".

 

Ananın ittihamlarına cavab verən qarşı tərəfin atası isə oğlunun günahsız olduğunu iddia edib: "Məsələ ilə bağlı altı-yeddi nəfər izahat vermək üçün polis şöbəsinə çağırılıb. DNT analizi cavabı hər şeyi aydınlaşdıracaq. Mənim övladımın üzərinə şər atırlar".

 

Tarix: 20 Aprel 2026, 20:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin