Reklam

Tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olundu

Xırdalanda tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.

 

Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 21 Aprel 2026, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin