Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Asim Fəxrəddinovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 18 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verib.
Belə ki, Asim Fəxrəddinov yaşadığı ünvanda avtomobilini qonşusu, zərərçəkmiş Gülgün Kərimova (adı, soyadı şərtidir) məxsus avtomobilin arxasında saxlayaraq onun həyətindən çıxışına maneə yaradıb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.
Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Gülgünə nalayiq ifadələrlə təhqir edib, daha sonra xuliqanlıq niyyəti ilə ona təpik zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxs sağ tərəfdə VII-VIII qabırğaların yerdəyişmiş sınıqları, döş qəfəsinin sağ yarısında qançır və şişkinlik, eləcə də müxtəlif nahiyələrdə qançır və sıyrıqlarla müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarətləri alıb.
Hadisədən dərhal sonra Asim öz üstünlüyünü nümayiş etdirmək məqsədilə yaşadığı ünvandan götürdüyü bıçağı silah qismində istifadə edərək yenidən qarşı tərəfə hücum etməyə cəhd göstərib. Bu zaman münaqişəyə müdaxilə edərək ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Gülgünün övladı Əşrəf Kərimov da hücuma məruz qalıb. Təqsirləndirilən şəxs sonuncunun baş nahiyəsinə bıçaqla zərbə endirib.
Nəticədə Əşrəf alın nahiyəsinin kəsilmiş yarası, gözətrafı toxumaların hematoması və ödemi, eləcə də sağ əlin beşinci barmağında səthi kəsilmiş yara ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri alıb.
Toplanmış materiallara əsasən, Asim Fəxrəddinov əməli xuliqanlıq niyyəti ilə törədilmiş, zor tətbiqi və silah qismində istifadə olunan əşyanın tətbiqi ilə müşayiət olunan ictimai qaydanın kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Kamal Məmmədov
11 May 00:22
10 May 23:33
10 May 22:41
10 May 21:30
10 May 21:29
10 May 21:28
10 May 21:26
10 May 21:20
10 May 18:52
10 May 18:46
10 May 17:10
10 May 16:00
10 May 14:40
10 May 14:06
10 May 13:23
10 May 13:22
10 May 13:21
10 May 13:19
10 May 13:17
10 May 13:16
10 May 13:15
10 May 13:12
10 May 13:05
10 May 12:31
10 May 12:29
10 May 12:11
10 May 12:09
10 May 11:18
10 May 11:15
10 May 11:09
10 May 10:49
10 May 10:24
10 May 10:20
10 May 10:18
10 May 10:14
10 May 09:16
10 May 08:38
10 May 02:29
10 May 00:11
10 May 00:10
10 May 00:06
10 May 00:04
10 May 00:01
9 May 23:59
9 May 23:54
9 May 23:41
9 May 23:37
9 May 23:34
9 May 23:26
9 May 23:19
9 May 23:16
9 May 22:51
9 May 21:58
9 May 20:23
9 May 19:53
9 May 18:59
9 May 18:20
9 May 18:17
9 May 18:12
9 May 17:58
9 May 17:08
9 May 16:12
9 May 14:59
9 May 14:32
9 May 14:29
9 May 13:33
9 May 13:32
9 May 13:08
9 May 12:40
9 May 12:31
9 May 12:31
9 May 12:25
9 May 12:20
9 May 12:17
9 May 12:16
9 May 11:46
9 May 11:20
9 May 10:23
9 May 10:13
9 May 09:48
9 May 09:18
9 May 08:38
9 May 08:34
9 May 08:20
9 May 08:19
9 May 08:18
9 May 07:50
9 May 04:15
9 May 03:20
9 May 00:52
8 May 23:06
8 May 21:20
8 May 19:28
8 May 19:18
8 May 19:15
8 May 19:11
8 May 18:47
8 May 18:29
8 May 18:27
8 May 18:05
8 May 17:46
8 May 17:10
8 May 17:09
8 May 17:09
8 May 17:02
8 May 16:56
8 May 16:10
8 May 16:06
8 May 15:54
8 May 15:38
8 May 15:18
8 May 15:09
8 May 14:48
8 May 14:44
8 May 14:38
8 May 14:08
8 May 13:59
8 May 13:16
8 May 12:47
8 May 12:45
8 May 12:37
8 May 12:28
8 May 12:24
8 May 12:21
8 May 12:09
8 May 11:38
8 May 11:33
8 May 11:14
8 May 10:50
8 May 10:45
8 May 10:36
8 May 10:18
8 May 09:54
8 May 09:52
8 May 09:51
8 May 09:32
8 May 09:30
8 May 09:10
8 May 08:55
8 May 08:46
8 May 08:45
8 May 08:30
8 May 08:27
8 May 08:24
8 May 08:21
8 May 08:19
8 May 08:12
8 May 08:01
8 May 07:26
8 May 07:23
Ən son xəbərləri səhifəmizdən də izləyin