Reklam

Tahir Kərimli “Bakı Metropoliteni” QSC-nin sədrini tənqid etdi: “Trampdan böyük vəzifə daşımır ki. Xalqın qarşısına çıxmalı idi...”

"Ötən gün metroda baş verən hadisə sıradan hadisə deyil. Yüz minlərin, milyonların narahatlığına səbəb olan haldır. Nə qədər insan hətta fəlakətli hadisənin baş verdiyini ehtimal etdi. Lazım idi ki, cənab Vüsal Aslanov (red-. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri) vaxtında çıxıb açıqlama versin. Vaxtilə Tağı Əhmədova qarşı müəyyən istiqamətlərdə çox hücumlar var idi, amma özü birbaşa çıxıb insanlara bildirirdi. Görürük ki, hətta Amerikanın Prezidenti hər dəqiqə ictimaiyyətə, xalqa çıxıb cavablar verir. Vüsal Aslanov Donald Trampdan böyük vəzifə daşımır ki. Birbaşa xalqın qarşısına çıxmalı idi, nəinki ancaq mətbuat katibinin açıqlaması ilə, soyuq açıqlamalarla... Özü çıxıb izah etməli idi".

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

 

T.Kərimli hesab edir ki, Vüsal Aslanovun jurnalistlər, ictimaiyyət qarşısına çıxmaması bir qədər də şübhəni artırır: “Belə çıxır ki, metroda daha ciddi məsələlər var, nəinki təkcə yüksək elektrik gərginliyi... Bəlkə də, heç yoxdur, amma baş verənlər xalqda bu ehtimalı gücləndirir. Nə qədər gec deyil, Vüsal Aslanov çıxıb açıqlama verməli, xalqa həqiqətləri deməli, insanları sakitləşdirməli, mövcud problemlərdən danışmalıdır. Doğrudan da, narahatlıq doğuran hadisədir”.

 

Xatırlatma: Vüsal Aslanov 2024-cü ildən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

 

Aytəkin Qardaşova

Tarix: 22 Aprel 2026, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin