Reklam

Mərkəzi Bank ödəniş təşkilatını və onun vəzifəli şəxsini cərimələyib

Mərkəzi Bank “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

 

Tənzimləyici tərəfindən 01.09.2025 – 17.10.2025-ci il tarixlərində “A-Solutions Elektron Pul Təşkilatı” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq MMC 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib.

Tarix: 22 Aprel 2026, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin