BURADA REKLAMINIZ OLA
BİLƏR

Agentlik: APA-nın Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yaydığı məlumat yanlışdır

APA İnformasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanmışdır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

 

“Dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılmasını yolverilməz hesab edirik. Bəyan edirik ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-1-ci maddəsinə əsasən saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir. Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq”, - məlumatda qeyd olunub.

Tarix: 24 Aprel 2026, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin